AMEA Geologiya və Geofizika İnstitutunda Bilik Günü qeyd olunub
Sen 15 , 2017 | 02:48 /
Oxunma ( 2052 )

AMEA-nın Geologiya və Geofizika İnstitutunda (GGİ) 15 sentyabr – Bilik Günü ilə əlaqədar tədbir keçirilib.

İnstitut əməkdaşlarının övladları üçün keçirilən tədbir GGİ-nin Həmkarlar İttifaqı Komitəsi (HİK) tərəfindən təşkil olunub.

HİK-in sədri, institutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, geologiya üzrə fəlsəfə doktoru Kamran Əliyev çıxış edərək tədbirin məqsədinin elmə xidmət edən alimlərin sosial təminatının yaxşılaşdırılmasına töhfə vermək və övladlarında elmə ibtidai həvəs yaratmaq olduğunu bildirib.

Tədbirin bədii hissəsində uşaqlara peşəkar aktyorlar tərəfindən əyləncəli proqramlar təqdim olunub, məntiqi müsabiqələr keçirilib.

Sonda şagirdlərə məktəb ləvazimatlarından ibarət hədiyyələr təqdim olunub.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.