AMEA Riyaziyyat və Mexanika İnstitutu gənc riyaziyyatçıların axtarışında...
Sen 15 , 2017 | 02:50 / Elmi müsabiqələr
Oxunma ( 3387 )

Gənc Riyaziyyatçılar Məktəbinə dinləyicilərin cəlb edilməsi üçün oktyabr ayında müxtəlif yaş qrupları üzrə (IV-V, VI-VII, VIII-IX, X-XI siniflər) müsabiqələr keçiriləcək.Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutundan (RMİ) AZƏRTAC-a bildiriblər ki, müsabiqə haqqında əlavə məlumat bu elm müəssisəsinin veb səhifəsində yerləşdiriləcək.

Qeyd edək ki, bu ilin fevral ayından başlayaraq institutda Gənc Riyaziyyatçılar Məktəbi fəaliyyətə başlayıb. Hər həftənin cümə axşamları RMİ-nin mütəxəssisləri məktəblilər və müəllimlər üçün elementar riyaziyyatın əlavə fəsilləri və mövzuları üzrə müxtəlif mühazirələr oxuyub, seminarlar keçiblər.

Kursların keçirilməsində məqsəd məktəblilərdə riyaziyyata marağın artırılması, xüsusi istedadlı şagirdlərin üzə çıxarılması, onların riyazi və elmi bacarıqlarının daha da inkişaf etdirilməsindən ibarətdir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.