ELMİN İNKİŞAFI FONDU “AZƏRBAYCAN GƏNCLİYİ 2017–2021-Cİ İLLƏRDƏ” DÖVLƏT PROQRAMI”NDA İŞTİRAK EDƏCƏK
Sen 16 , 2017 | 03:04 /
Oxunma ( 2589 )

Elmin İnkişafı Fondu Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə Təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın yerinə yetirilməsində digər dövlət qurumları ilə yanaşı iştirak edəcək.

Elmin İnkişafı Fondu Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının aşağıdakı bəndləri üzrə fəaliyyət göstərəcək:
5.4.1. İstedadlı və Yaradıcı Gənclərin III Respublika Toplantısının keçirilməsi
5.10.1. Gənclərin intellektual inkişafa və elmi fəaliyyətə həvəsləndirilməsinə yönəlmiş layihələrin dəstəklənməsi
5.10.3. Gənc alimlərin təcrübə mübadiləsi üçün şəraitin yaradılması, yerli və beynəlxalq elmi-praktiki konfrans, forum, festival, seminar və digər tədbirlərin keçirilməsi
5.10.4. Gənc istedadların üzə çıxarılması və dəstəklənməsi məqsədi ilə layihələrin həyata keçirilməsi
5.10.5. İstedadlı şagird və tələbələrin, gənc alimlərin ölkə üçün prioritet olan beynəlxalq olimpiada, konfrans, forum, simpozium, seminar və məşğələlərdə iştirakının dəstəklənməsi
5.10.8. Gənclərin elm, texnika və innovasiyalar sahəsinə marağını artırmaq məqsədi ilə televiziya proqramlarının hazırlanması

Elmin İnkişafı Fondu "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində yüzlərlə gənc alim və mütəxəssislərin elmi-tədqiqat işlərini qrantlar yolu ilə dəstəkləyib, 4 müsabiqə təşkil olunaraq keçirilib, konfranslar, tədbirlər baş tutub.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.