AMEA-da magistrant və doktorantların yeni tətdris ilinə start verilib
Sen 15 , 2017 | 08:47 / ELMİ - KÜTLƏVİ TƏDBİRLƏR
Oxunma ( 2943 )

Məlumdur ki, son illər AMEA-da elmi fəaliyyətin səmərəliliyinin daha da artırılması, akademiyada aparılan fundamental araşdırmaların nəticələrinin sosial-iqtisadi və digər sahələrdə tətbiqinin təmin edilməsi məqsədilə kompleks tədbirlər görülür. Bu istiqamətdə görülən işlərdən biri də AMEA-da magistratura pilləsinin təşkilidir.

AMEA prezidentinin 10 sentyabr 2015-ci il sərəncamına əsasən, AMEA-nın magistratura pilləsinə qəbul olmuş bütün magistrantlara ingilis dili, psixologiya, pedaqogika, fəlsəfənin əsasları kimi ümumi fənlər üzrə dərslərin tədrisi və imtahanların təşkili AMEA İnformasiya Texnologiyaları İnstitutuna həvalə olunub.

Cari ildə AMEA-nın magistraturasına qəbul üçün müsahibədə ümumilikdə 1742 bakalavr iştirak edib, AMEA-nın 17 institutuna 12 ixtisas üzrə 67 magistrant daxil olub.  

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində (TİM) 2017-2018-ci tədris ilində akademiyada magistratura pilləsinə qəbul olunan magistrantlara xarici dil fənnindən ilk dərs keçirilib. Semestr ərzində keçiriləcək xarici dil fənni üzrə dərslər magistrantlara 4 alt qrup üzrə tədris olunacaq.

Qeyd edək ki, TİM-də magistrantlara ümumi fənlər üzrə nəzəri və praktiki dərslər peşəkar müəllimlər tərəfindən yüksək səviyyədə tədris edilir. Semestr imtahanları isə elektron test üsulu ilə həyata keçirilir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.