Akademik Akif Hacıyevin 80 illik yubileyi beynəlxalq konfransla qeyd olunacaq
Sen 19 , 2017 | 09:08 / Mühüm hadisələr
Oxunma ( 2721 )

6-8 dekabr 2017-ci il tarixlərində AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda bu qurumun və Milli Aviasiya Akademiyasının birgə təşkilatçılığı ilə görkəmli riyaziyyatçı alim, akademik Akif Hacıyevin 80 illik yubileyinə həsr olunan “Riyaziyyat və mexanikanın müasir problemləri” adlı beynəlxalq konfrans keçiriləcək.

Tədbirdə harmonik və qeyri harmonik analiz, funksional analiz, həndəsə, topologiya və cəbr, yaxınlaşmalar nəzəriyyəsi, xüsusi törəməli diferensial tənliklər, operatorlar nəzəriyyəsi və spektral analiz, tətbiqi analiz, bütöv mühit mexanikası, optimal idarəetmə problemləri, ehtimal nəzəriyyəsi və stoxastik analiz, riyazi fizika, riyaziyyatın tarixi və tədrisi metodikası bölmələri üzrə məruzələr dinləniləcək.

Konfransda iştirak etmək istəyənlər məruzələrin tezislərini 31 oktyabr 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Ətraflı məlumatı www.imm.az saytından əldə etmək olar.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.