AMEA Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçiriləcək
Sen 20 , 2017 | 01:57 / Mühüm hadisələr
Oxunma ( 3137 )

22 sentyabr 2017-ci il saat 11.00 - da AMEA Geologiya və Geofizika İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçiriləcəkdir. Bu görüşdə bu ilin dekabr ayında keçiriləcək Azərbaycan gənc alimlərinin I qurultayına hazırlıq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq olunan "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına salınan tədbirlər və digər cari məsələlər müzakirə olunacaq.Şura sədrləri və müavinlərinin iştirakı mütləqdir. Qeydiyyat 10.30 da başlanır. 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.