Fotos
AMEA Botanika İnstitutunda “Web of Science” platformasından istifadə qaydalarına dair seminar keçirilib
Sen 28 , 2017 | 04:20 / Mühim hadisələr
Oxunma ( 984 )

AMEA Botanika İnstitutunda “Tədqiqatçılar üçün elmi informasiya resursları” mövzusunda maarifləndirici seminar keçirilib.

AMEA Mərkəzi Nəbatat Bağı və Mikrobiologiya İnstitutunun əməkdaşlarının da iştirak etdiyi seminar AMEA ilə “Clarivate Analitics Web of Science” təşkilatı arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində baş tutub. Seminarda AR Təhsil Nazirliyinin əməkdaşı Aygün Babazadə çıxış edərək elmi-analitik informasiya platforması olan “Web of Science” sistemindən istifadə qaydaları, o cümlədən bu şəbəkəyə məqalələr təqdim etmək, xarici nəşrləri oxumaq və digər imkanlar barədə də əyani məlumat verib.

      Sonda əməkdaşları maraqlandıran bütün suallara aydınlıq gətirilib.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.