Fotos
Dahi alim Lütfi Zadə ilə vida mərasimi keçirildi
Sen 29 , 2017 | 01:31 /
Oxunma ( 2362 )

Sentyabrın 29-u Azərbaycan Milli Elmlər Akademiyasının binasında alim Lütfi Zadə ilə vida mərasimi keçirildi.

Mərasimdə prezident İlham Əliyev başda olmaqla dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri iştirak edir. Prezident İlham Əliyev Lütfi Zadənin yaxın qohumu, xalq artisti Cənnət Səlimovaya başsağlığı verib.

 Mərasimdə çıxış edən AMEA prezidenti Akif Əlizadə bildirib ki, Lütfi Zadə Azərbaycana bağlı olub: "Axırıncı dəfə Bakıda 2008-ci ildə olub. Bakının inkişafı onu heyran edib. Onun bu gün elmi məktəbləri var. Azərbaycan dövləti onun böyük alim olmağını yüksək qiymətləndirib. Ona " Dostluq " ordeni və Nizami Gəncəvi adına qızıl medal verilib. Onun vəfatı dünya ictimaiyyətini kədərləndirir".

 Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Lütfi Zadənin dəfnində olması onun üçün kədərlidir: "Onun son vəsiyyəti göstərdi ki, Azərbaycana bağlı adam olub. Onun dünya elminə verdiyi töhfə misilsizdir. Azərbaycan elminin tarixinə söykənərək öz kəşflərini edib. O, həyatı boyu elm və bilik məşəlini ləyaqətlə daşıyıb. Bunun nəticəsidir ki, bu gün gənclik elmə həvəslə yanaşır. Mən əminəm ki, yeni Lütfi Zadələr yetişməkdədir. O, xoşbəxt bir insan kimi dünyadan ayrılıb".

Xalq artisti, mərhumun xalası qızı Cənnət Səlimova bildirib ki, Zadə bu torpağa bağlıdır və əbədiyyən ruhu burada yaşayacaq. O, buna görə ölkə başçısına təşəkkür edib.

Lütfi Zadə (Lütfəli Rəhim oğlu Ələsgərzadə) 1921-ci il fevral ayının 4-də Bakı şəhərində anadan olub. 10 yaşında ailəsi ilə birlikdə İrana köçüb.

Tehran Universitetini elektrik mühəndisliyi ixtisası üzrə bitirən Lütfi Zadə Amerika Birləşmiş Ştatlarının Massaçusets Texnologiya İnstitutunda və Kolumbiya Universitetində magistr və doktor elmi dərəcələri alıb.

1959-cu ildən Kaliforniya ştatındakı Berkli Universitetinin ömürlük professoru seçilib, 1963-cü ildən bu ali məktəbin elektrik mühəndisliyi və kompüter elmləri kafedrasına rəhbərlik edib və Yumşaq Hesablamalar üzrə Berkli Təşəbbüsünün rəhbəri kimi fəaliyyət göstərib.

Lütfi Zadə sentyabrın 6-sı ABŞ-da vəfat edib. 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.