Azərbaycanlı alim Rusiya Elmlər Akademiyasının Rəyasət Heyətinə üzv seçilib
Okt 03 , 2017 | 09:18 /
Oxunma ( 2628 )

Ümumrusiya Azərbaycan Konqresinin keçmiş prezidenti, akademik Məmmədbağır Əliyev Rusiya Elmlər Akademiyasının Rəyasət Heyətinə üzv seçilib.

APA-ya istinadən verilən xəbərə görə, bu barədə məlumat Rusiya Elmlər Akademiyasının saytında yerləşdirilib.

Sentyabrın 28-də Rusiya Elmlər Akademiyasının ümumi iclası keçirilib. İclasda akademiyanın Rəyasət Heyətinin yeni tərkibi seçilib. Səsvermə zamanı 79 akademik akademiyanın Rəyasət Heyətinə müəyyənləşib. Onların arasında Məmmədbağır Əliyev də var. Onun lehinə 1039 nəfər, əleyhinə isə 77 nəfər səs verib.

Rəyasət Heyətinin üzvləri arasında Rusiyanın Nobel mükafatçısı Jores Alfyorov, Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi də var.

Rusiyanın əməkdar elm xadimi Məmmədbağır Əliyev N.N.Bloxin adına uşaq onkologiyası və hemotologiyası Milli Tibbi Tədqiqat İntitunun direktorudur.

Qeyd edək ki, yığıncaqda akademiyanın yeni prezident postuna 62 yaşlı akademik, Nijeqorod tətbiqi fizika İnstitutunun direktoru Aleksandr Sergeyev seçilib. O, rəqibi Robert Niqmatulindən 633 səs çox, yəni 1042 səs toplayıb.

Bundan başqa, 11 nəfər akademiyanın vitse-prezidenti vəzifəsinə seçilib. 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.