Mədəniyyət naziri elmlər doktoru dərəcəsindən məhrum edilib
Okt 03 , 2017 | 09:24 /
Oxunma ( 2535 )
 Moderator.az TACC – a istinadən xəbər verir ki,  Rusiya Federasiyası Ali Attestasiya Komissiyasının tarix üzrə ekspert şurası Rusiya Federasiyası mədəniyyət naziri Vladimir Medinskinin dissertasiyasına baxandan sonra onun doktorluq dərəcəsinin ləğv edilməsini məsləhət görüb. 
 
Amma burada son nöqtəni Attestasiya Komissiyasnın rəyasət heyəti qoyacaq. Attestasiya Komissiyasının rəyasət heyəti RF mədəniyyət nazirinin alimlik dərəcəsinin ləğvi məsələsinə 20 oktyabrda baxacaq. 
 
2016-cı ilin “ Dissernet” cəmiyyətinin tarixçi alimləri bildiriblər ki, Bladimir Medinskinin “ XV-XVII əsrlərin ikinci yarısı Rusiya tarixinin işıqlandırılmasında obyektivlik problemləri” adlı dissertasiyası heç bir elmi dəyər kəsb etmir və tələb ediblər ki, mədəniyyət naziri doktorluq elmi dərəcisindən məhrum edilsin.
 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.