AMEA-nın da öz poliklinkası olacaq
Okt 09 , 2017 | 06:00 /
Oxunma ( 2766 )

Alimlər üçün poliklinikanın yaradılması məqsədilə hazırda Səhiyyə Nazirliyi ilə danışıqlar aparılır. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə bildirib.

O qeyd edib ki, alimlər üçün poliklinikanın yaradılması vacib məsələlərdən biridir: "Səhiyyə Nazirliyi bu layihəni dəstəkləyir. Poliklinika üçün ərazinin tapılması məsələsi qalıb. Biz istəyirik ki, poliklinika binanın birinci mərtəbəsində olsun, orada bir neçə tibbi kabinetlər olsun. Güman edirəm ki, bu məsələ də yaxın zamanlarda həllini tapacaq".

A.Əlizadə deyib ki, poliklinikanın hər hansı binada yaradılacağı, yaxud ayrıca bina tikiləcəyi nazirlikdən asılıdır.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.