Fotos
AMEA Genetik Ehtiyatlar İnstitutunda regional kurs təşkil olunub
Okt 16 , 2017 | 02:00 / Mühüm hadisələr
Oxunma ( 2522 )

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunda (GEİ) 16 oktyabr 2017-ci il tarixində “Genetik modifikasiya olunmuş orqanizmlərin identifikasiyası, təyini və laboratoriyaların İSO standartına (17025) uyğun akkreditasiyası” üzrə regional kurs təşkil olunmuşdur. 5 gün davam edəcək  kursda Azərbaycan, Qazaxıstan, Tacikistan və Qırğızıstan Respublikalarının Səhiyyə, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər Nazirlikləri, Milli Elmlər Akademiyası və Universitetlərinin alim və mütəxəssisləri iştirak edir.  

Qeyd edilən müddət ərzində Genetik Modifikasiya olunmuş Orqanizmlər (GMO) üzrə Avropa ölkələrində yaradılmış biotəhlükəsizlik sistemləri, qanunvericilik və GMO-ların  molekulyar səviyyədə dəqiq və sürətli təyini üzrə nəzəri mühazirələr oxunulacaq, o cümlədən GMO-nun adi və RealTime PCR vasitəsilə təyini üzrə praktik təcrübələr qoyulacaqdır. Laboratoriya dərsləri AMEA GEİ-nin Biotexnologiya şöbəsinin müvafiq laboratoriyalarında FAO-nun eksperti Dr.Tzveta Georgieva, İnstitutun molekulyar genetika sahəsi üzrə ixtisaslaşmış mütəxəssisləri, Biotexnologiya və Bitki fiziologiyası şöbələrinin gənc tədqiqatçıları tərəfindən həyata keçiriləcəkdir. Bundan əlavə, Azərbaycan, Qazaxıstan, Tacikistan və Qırğızıstanda biotəhlükəsizlik üzrə qanunvericiliyin təkmilləşdirilməsi, genetik modifikasiyaya uğradılmış və ya genomu dəyişdirilmiş orqanizmlər üzrə biotəhlükəsizlik sisteminin yaradılması haqqında  müzakirələr aparılacaqdır. Həmçinin GMO-nun təyini üzrə Avropanın ixtisaslaşmış referens laboratoriyaları ilə əməkdaşlıq və Azərbaycanda fəaliyyət göstərən müvafiq laboratoriyaların yerli və beynəlxalq akkreditasiyadan keçirilməsi məsələlərindən bəhs ediləcəkdir.

 

 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.