Fotos
AMEA Ədəbiyyat İnstitutunda “Ana dilimiz – milli varlığımızdır” müsabiqəsi çərçivəsində seçim turu təşkil olunub
Okt 17 , 2017 | 09:35 / Elmi müsabiqələr
Oxunma ( 2855 )

16 oktyabr 2017-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ana dilimiz – milli varlığımızdır” müsabiqəsi ilə əlaqədar yaradılmış Seçim Komisiyyası öz işinə başlayıb. Komissiyanın sədri fil.e.d., dos. Əlizadə Əsgərli, komissiyanın üzvləri isə sos.f.d. Samir Səttarov, fil.f.d., dos. Eşqanə Babayeva və Nurlanə Məmmədovanın iştirakı ilə ilk iclasda müsabiqəyə qatılan İnstitutun əyani doktorantları Şəfa Əliyeva və Dilarə Əliyeva, dissertant Pənah Hacıyev, İnstitutun magistrantları Könül Əliyeva və Pəri Həsənlinin iştirakları təsdiqlənib. Komissiya doktorant və magistrantların Azərbaycan ədəbiyyatı ilə bağlı biliklərinin ümumi səviyyəsini və nitq qabiliyyətini yoxlayaraq müsabiqənin növbəti mərhələsinə buraxılmasına qərar verib.

Məlumat üçün bildirək ki, MEA-nın prezidenti, akademik Akif Əlizadənin 22 sentyabr 2017-ci il tarixli sərəncamı ilə Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini təmin etmək, gənc alimlərdə ana dilinə sevgi və hörmət hissini artırmaq, yazıda və şifahi nitqdə ədəbi dilin normalarına ciddi surətdə əməl edilməsini təşviq etmək məqsədilə “Ana dilimiz – milli varlığımızdır” müsabiqəsi elan olunub.

Müsabiqədə hazırda AMEA-da təhsil alan magistrant və doktorantlar iştirak edə bilər.

Müsabiqə çərçivəsində:

- “Mənim Akademiyam”, “Mən bu ixtisası niyə seçdim?” və “Ana dilim – varlığımdır” mövzularında inşa yazıları;

- klassik və müasir Azərbaycan poeziyasının seçmə nümunələrindən əzbərdən şeir dinlənilməsi;

- bir dəfə oxunmuş mətn əsasında ifadə yazıları;

- Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin görkəmli nümayəndələrinin həyat və fəaliyyətləri haqqında biliklərin yoxlanılması;

- Azərbaycan dilində dialekt sözlərinin deyilməsi və izah edilməsi ilə bağlı müsahibə təşkil ediləcək.

Müsabiqənin qalibləri aşağıdakı məbləğdə mükafatlandırılacaq:

- I yer – 1 nəfər – 1500 manat;

- II yer – 2 nəfər – hər biri üçün 1200 manat;

- III yer – 3 nəfər – hər biri üçün 1000 manat.

Müsabiqədə iştirak etmək istəyənlər 10 oktyabr 2017-ci il tarixinədək iştirakçının qeydiyyat formasını (əlavə olunur) və şəxsiyyət vəsiqəsinin surətini AMEA-nın Dilçilik İnstitutunun ([email protected]) elektron poçt ünvanına göndərməklə qeydiyyatdan keçməlidirlər.

Tel.: (+994 12) 538 19 85

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.