Okt 17 , 2017 | 05:03 / Elmi müsabiqələr
Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurasının üzvü olan 2 nəfər gənc alim Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) “Ən layiqli alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində “2016-cı ilin gənc alimi” mükafat müsabiqəsinin qalibi olmuşdur. Onlar AMEA Radiasiya Problemləri İnstitutunun elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Elçin Hüseynov və AMEA Naxçıvan Bölməsinin gənc mütəxəssisi Aliyə Rzayevadır. Onlar müvafiq olaraq riyaziyyat-fizika-texnika və kimya elmləri üzrə bu yüksək mükafata layiq görülüblər.