Fotos
AMEA Biofizika İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurası yaradılıb
Okt 20 , 2017 | 01:11 / Mühüm hadisələr
Oxunma ( 3176 )

Azərbaycan Milli Elmlər Akademiyası Biofizika İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurası təsis olunub. Bu münasibətlə 19 oktyabr 2017-ci il tarixdə adıçəkilən İnstitutda toplantı təşkil olunub. İnstitutun direktoru, AMEA-nın müxbir üzvi Oqtay Qasımov, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov, AMEA Azad Həmkarlar İttifaqının Rəyasət Heyətinin üzvi Sitarə Bağırova və digərləri çıxış edərək təmsil olunduqları Akademiyada gənclərə olan diqqət və qayğıdan, onların elmi-ictimai fəaliyyəti üçün yaradılan şəraitdən, dünya elminə inteqrasiya istiqamətində həyata keçirilən tədbirlərdən, gənclərin elmə cəlb edilməsi üçün görülən işlərdən danışdılar və bütün bu proseslərdə hər bir institutdakı yerli gənclər şuralarının rolunun əvəzsiz olduğunu söylədilər.

Sonra yeni yaradılan Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyəti formalaşdırıldı. İnstitutun gənc elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Ruhiyyə Quliyeva yeni Şuranın sədri, Sevil Məhərrəmova müavini, Ləman Daşdəmirova isə katibi seçilib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.