AZƏRBAYCAN GEOLOQLARI EİF-in DƏSTƏYİLƏ UKRAYNALI HƏMKARLARI İLƏ BİRGƏ TƏDQİQATLAR APARIR
Okt 27 , 2017 | 05:00 /
Oxunma ( 2402 )
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun (GGİ) alimləri Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondundan qrant dəstəyi almış “Alternativ enerji mənbəyi kimi Azərbaycanın yanar şistlərinin kompleks tədqiqi, onların istifadə üsullarının texniki-iqtisadi və geoekoloji əsaslandırılması” adlı layihə (EİF-KETPL-2-2015-1(25)-56/32/2-M-53) həyata keçirirlər. İcrası bu il iyunun 1-dən başlamış ikiillik layihənin struktur planında Azərbaycan üçün qeyri-ənənəvi sayılan, energetika, neft-kimya, tibb, kənd təsərrüfatı, tikinti və s. sahələrində geniş istifadə potensialı olan yanacaq-enerji və xammal resursu kimi yanar şist sənayesinin respublikada inkişafı üçün kompleks geoloji-geofiziki, geokimyəvi tədqiqatlarla öyrənilməsi, keyfiyyətinə və ehtiyatına görə böyük perspektiv vəd edən sahələrin ayrılmasının həyata keçirilməsi və həmçinin onların istifadəsində texniki-iqtisadi və geoekoloji amillərin elmi əsaslandırması kimi vacib məsələlərin həll edilməsi nəzərdə tutulur.
 
GGİ-nin Palçıq vulkanizmi şöbəsinin rəhbəri, professor Adil Əliyevin rəhbərlik etdiyi layihədə, həmçinin ilk mərhələdə yerinə yetirilən tədqiqatlar, eləcə də planlaşdırılan işlər haqqında ümumi müzakirələrin aparılması, bu sahədə Ukraynanın təcrübəsinin qrant layihəsinin sonrakı mərhələlərində nəzərə alınması ilə əlaqədar Ukraynanın Yer təkinin Geologiyasının Dövlət Xidmətinin Ukrayna Dövlət Geoloji-kəşfiyyat İnstitutuna ezamiyyət də nəzərdə tutulub.
 
Bu günlərdə A.Əliyev və layihənin icraçısı, Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasov  EİF-in maliyə dəstəyi ilə Kiev şəhərində ezamiyyədə olublar. Ezamiyyə müddətində əvvəlcədən nəzərdə tutulmuş elmi-tədqiqat müəssisəsilə yanaşı, Ukrayna Milli Elmlər Akademiyasının Geologiya Elmləri, həmçinin N.P. Semenenko adına Geokimya, Mineralogiya və Filizəmələgəlmə institutlarında da layihənin mövzusu ilə əlaqədar görüşlər keçirilib, fikir mübadilələri aparılıb.
 
Yaxın gələcəkdə Azərbaycanın yanar şistlərinin öyrənilməsi məsələsini də özündə ehtiva edən Memorandumun imzalanması  Ukrayna Dövlət Geoloji-kəşfiyyat İnstitutunun direktoru, prof. S.V. Qaşovski tərəfindən təklif olunub. 
 
Milli Elmlər Akademiyasının Geologiya Elmləri İnstitutunun bölmə rəhbəri, akademik Y.E. Şnyukov, N.P. Semenenko adına Geokimya, Mineralogiya və Filizəmələgəlmə İnstitutunun direktoru, UMEA-nın müxbir üzvü A.N. Ponomarenko ilə baş tutan müzakirələrdə, Azərbaycanın yanar şistlərinin bəzi mineraloji və geokimyəvi analitik tədqiqatlarının ukraynalı alimlərinin çalışdıqları təşkilatlarda aparılması məsələsi də öz həllini tapıb. Bu sahədə müştərək elmi-tədqiqat işlərinin aparılması üçün Ukrayna alimləri tərəfindən bir neçə təkliflər irəli sürülüb.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.