Foto
Geologiya və Geofizika İnstitutunun Elmi Şurasında gənclərin fəaliyyəti ilə bağlı illik hesabat dinlənilib
Okt 27 , 2017 | 11:00 / Mühüm hadisələr
Oxunma ( 2854 )
Oktyabrın 27-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda (GGİ) Elmi Şuranın növbəti iclası keçirilib. Müəssisənin elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynovun sədrliyi ilə baş tutan tədbirin gündəlik məsələlərində İnstitutda fəaliyyət göstərən Gənc Alim və Mütəxəssislər Şurasının bu ilin yekunlarına dair hesabatı da daxil edilmişdir.
Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasovun təqdimatında dinlənilən hesabatda İnstitutda fəaliyyət göstərən gənclərə dair statistik təhlillər, rəhbərlik tərəfindən təsdiqlənən plan üzrə il boyu təşkil olunun gənclərin elmi seminarları, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə gənclərin iştirak etdiyi xarici elmi ezamiyyətlər, təcrübəkeçmələr, həmçinin, beynəlxalq elmi konfrans, seminar və s. iştirakın vəziyyəti, nəşr edilmiş yerli və xarici elmi nəşrlərin sayı və əvvəlki illərlə müqayisəsi, İnstitutda təşkil olunan “Açıq qapı günləri” və digər ictimai tədbirlər, təşkilatla bağlı mühüm xəbərlərin, o cümlədən gənclərin elmi-icimai faəliyyəti ilə bağlı yeniliklərin  KİV-də ictimailəşdirilməsi və s. haqqında geniş məlumat verilib. Hesabat Elmi Şuranın üzvləri tərəfindən yeksək qiymətləndirilib və qəbul edilib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.