Okt 30 , 2017 | 12:52 / Mühüm hadisələr
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda AMEA Gənc Alim və Mütəxəssislər Şurasınının İdarə Heyətinin bir sıra mühüm məsələlərin müzakirəsinə həsr olunan növbəti iclası keçirilib. İdarə Heyətinin sədri, dosent Famin Salmanov gündəlikdə duran məsələləri tədbir iştirakçıların diqqətinə çatdıraraq, ilk öncə, AMEA Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyat Muzeyinin, Fizika, M.Fizuli adına Əlyazmalar, Fəlsəfə və Aqrokimya və Torpaqşünaslıq institutularının yerli şuraları tərəfindən seçilən yeni sədrləri İdarə Heyətinə təqdim etdi.
İlasda, həmçinin İdarə Heyətinin tərkibi və strukturu ilə əlqədar geniş müzakirələr aparıldı. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun GAMŞ-nın sədri, b.ü.f.d. Ulduzə Mehvalıyeva AMEA-nın GAMŞ-nın yeni məsul katibi seçildi.
F.Salmanov gündəlikdə duran ikinci məsələ - illik hesabatlar haqında məlumat verərək bildirdi ki, bütün elmi bölmələr noyabr ayı ərzində müvafiq institutların şuralarından elmi-ictimail fəaliyyətə dair yekun hesabatları qəbul etməlidir: “Hər bir İnstitutda fəaliyyət göstərən GAMŞ-sı təmsil etdikləri müəssisələrin Elmi Şuralarında hesabat verməlidir. Həmçinin yazılı hesabat rəhbərlik tərəfindən təsdiqlənmiş formada Şuranın müvafiq bölmə katibinə təqdim edilməlidir. Hesabatda gənclərin mühüm elmi nəticələri, xarici nüfuzlu jurnallarda dərc olunan elmi əsərləri, həmçinin Şura tərəfindən keçirilən mühüm tədbirlər və gənclərin nailiyyətləri haqqında informativ məlumatlar öz əksini tapmalıdır.”Şura sədri dekabr ayının birinci ongünlüyü ərzində bölmələrin hesabatlarının keçiriləcəyini vurğuladı.
F.Salmanov 17 noyabr 2017-ci il tarixində keçiriləcək “Müasir elm – gənclərin baxışı” ilə elmi-praktik konfrans çərşivəsində nəzərdə tutlumuş plenar və interaktiv müzakələrində gənclərin fəal iştirakının təmin olunmasının zəruriliyini bildirdi. “Azərbaycan gənc alimlərinin I Qurultayı”, yeni yaradılacaq “Elmi guşələr” və “Gənc tədqiqatçı” jurnalın növbəti sayı ilə əlaqədar aparılan geniş müzakirələrdən sonra İdarə Heyətinin iclası işini sonlandırdı.