Fotos
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının iclasında anım günləri qeyd edilib
Noy 05 , 2017 | 09:17 / Mühüm hadisələr
Oxunma ( 2686 )
Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib.  İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev ilk öncə 1995-ci ilin 28 oktyabrında metronun “Ulduz” və “Nərimanov” stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində baş verən faciə haqqında tədbir iştirakçılarına məlumat verib.
İclasda eyni zamanda Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 24 ildönümü anılıb.
Gündəlikdə duran digər məsələlər haqqında məlumat verən Şura sədri 17 noyabr 2017-ci il tarixində keçiriləcək “Müasir elm – gənclərin baxışı” ilə elmi-praktik konfrans keçiriləcəyini qeyd edib, elmi-praktik konfrans çərçivəsində nəzərdə tutulmuş plenar və interaktiv müzakələrdə rəhbərlik etdiyi Şuranın gənclərinin fəal iştirak etməsinin zəruriliyini vurğulayıb.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.