Fotos
AMEA Botanika İnstitutu “Azərkosmos” ASC tərəfindən elan edilmiş müsabiqənin qalibi olub
Noy 15 , 2017 | 05:08 / Mühüm hadisələr
Oxunma ( 2600 )

AMEA Botanika İnstitutu “Azərkosmos” ASC tərəfindən elan edilmiş “Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin təşviqi” müsabiqəsinin qalibi olub. Müsabiqədə Botanika İnstitutu V.Əlizadənin rəhbərliyi ilə həyata keçirilən  “Qərbi Xəzərin orta hissəsinin (Azərbaycan hüdudları daxilində -  Muğanlı, Qobustan, Sanqaçal və Nabranın Xəzər sərhədi) dənizkənarı ekosistemlərinin bitkiliyinin yayılmasının elektron xəritələrinin tərtibi və antropogen təsiri üzrə inteqral GİS-in yaradılması” layihəsi ilə iştirak etmişdir.
Qalib layihə şərçivəsində İnstituta “Azərkosmos” ASC tərəfindən Azərbaycanın son aerokosmik görüntüləri və elektron xəritələri təqdim olunacaq, institutun əməkdaşları tərəfindən çöl tədqiqatları  və zəruri çöl axtarış işləri aparılacaqdır.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.