AMEA Botanika İnstitutunun əməkdaşları Gürcüstanda Volksvagen Fondunun toplantısında iştirak edib
Noy 17 , 2017 | 01:09 / Mühüm hadisələr
Oxunma ( 2030 )

AMEA Botanika İnstitutu ilə Berlin-Dahlem Botanika Bağı və Botanika Muzeyi (BBBM, Almaniya) arasında imzalanmış Razılaşma Memorandumu çərçivəsində Volksvagen Fondunun dəstəyilə həyata keçirilən “Cənubi Qafqazda bitki müxtəlifliyinin mühafizəsi üsullarının hazırlanması” layihəsi üzrə növbəti işçi toplantı Gürcüstanın Tiflis şəhərində təşkil olunub. Tədbirdə Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə, layihənin kordinatoru, Bitkilərin fizioloji ekologiyasi laboratoriyasının müdiri, b.ü.f.d. Esmira Əlirzayeva və Təhsil şöbəsinin müdiri, b.ü.f.d. Rəşad Səlimov iştirak edib. Toplantı zamanı Azərbaycan tərəfindən layihə çərçivəsində həyata keçirilən işlər və əldə olunan nailiyyətlər məruzə şəklində təqdim olunub. Seçilmiş bitki cinsləri (Scutellaria, Pyrus, və s.) üzərində müasir tədqiqat işlərinin aparılması, İnstitutun gənc mütəxəssislərinin BBBM-də təcrübə keçməsi,  müştərək nəşrlər, həmçinin, İnstitutun Herbari Fondunda saxlanılan herbari nümunələrinin virtual məlumat bazasına daxil edilməsi üzrə işlərin davam etdirilməsi müzakirə olunub. 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.