Fotos
Beynəlxalq konfrans elmi seksiyalarda öz işini davam etdirib
Noy 17 , 2017 | 01:38 / Mühüm hadisələr
Oxunma ( 2641 )

16 noyabr 2017-ci il tarixdə Bakı Dövlət Universitetində akademik Rəfiqə Əliyevanın 85 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans işə başlayıb.

Konfransda 11 ölkənin nümayəndələrini iştirak etdiyi bildirilir. “Koordinasion birləşmələr nümayişi: Analitik kimyanın aktual problemləri” adlı konfransı görüş sözü ilə Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məhərrəmov açıb.

Plenar iclasda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsinin dekanı V.V.Lunin, AMEA-nın vitse-prezidenti Dilqəm Tağıyev və digərləri çıxış edib.

Noyabrın 17-də konfrans işini seksiyalarda davam etdirib. AMEA Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyevin  moderatoru olduğu “Üzvi və polimer birləşmələr analitik kimyada” elmi seksiyasında 21 məruzə dinlənilib. 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.