Fotos
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının bölmə hesabatlarına başlandı
Dek 05 , 2017 | 06:00 / Mühüm hadisələr
Oxunma ( 2625 )

05 dekabr 2017-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurasının elmi bölmələrinin cari ilin yekunlarına həsr olunan hesabat yığıncağı keçirildi. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun akt zalında baş tutan iclası giriş nitqi ilə açıq elan edən Şuranın sədri, dosent Famin Salmanov ilk öncə gündəlikdə duran məsələlər haqqında məlumat verdi. O, bu ilin dekabr ayının 15-də keçiriləcək Azərbaycan Gənc alimlərinin I Qurultayına hazırlıqla bağlı İdarə Heyətinin üzvlərini məlumatlandırdı.

Sonra F.Salmanov vurğuladı ki, bu gün Şuranın İctimai, Biologiya və Tibb elmləri və Gəncə bölməl'rinin hesabat məruzələri dinləniləcək. Onun sözlərinə görə? əvvlki illərdə olduğu kimi cari ildə də hər bir bölməyə daxil olan institutlar üzrə Gənc Alim və Mütəxəssislər Şurasının elmi və ictimai fəaliyyətində mühüm işlər görülüb və müəyyən nailiyyətlər əldə olunub.

Şura sədri AMEA Rəyasət Heyətinin müəyyən etdiyi prioritet sahələrə uyğun olaraq həm elmlə təhsilin vəhdətinin yaradılması, həm elmin populyarlığının artırılması, həm də Akademiya gənc mütəxəssislərinin timsalında Azərbaycan elminin dünya elminə inteqrasiyası istiqamətində ənənəvi və qeyri ənənəvi layihələr həyata keçirilib. Bütün bu işlərdə isə ayrı-ayrı bölmələrə daxil olan institutların yerli şuraları da əhəmiyyətli rol oynayıb, ümumilikdə Akademiyanın elmi-ictimai fəaliyyətinə gənclər böyük töhvələr verib.

Sonra GAMŞ-nın Biologiya və tibb elmləri bölməsinin katibi, biologiya üzrə fəlsəfə doktoru Ulduzə Mehvalıyeva, İctimai elmlər bölməsinin katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilov və Gəncə Bölməsinin katibi Elnur Həsənov hesabat məruzəsi ilə çıxış etdilər. Onlar rəhbərlik etdikləri bölmələrə daxil olan institutlarının yerli şuraları tərəfindən əsas istiqamətlər üzrə bir sıra işlər görülüb. Bölmə katibləri il ərzində həm elmin təbliği, həm həvəsləndirmə tədbirləri olaraq, marifləndirmə seminarları, məktəblilərin ekskursiyası, açıq qapı günləri, gənc mütəxəsislərin xarici ölkələrin aparıcı elmi müəssisələrində keçdikləri təcrübəkeçmə, eyni zamanda gənclərin əldə etdikləri nailliyətlər, qazandıqları mükafatlar haqqında geniş məlumat verdilər il ərzində nın keçirilməsində fəallıq göstəriblər. Onlar müvafiq institut gənclərinin statistik və elmi göstəricilərinə konkret nümunələrlə aydınlıq gətirərək, onların həm beynəlxalq, yerli konfranslarda iştirakına, həm də dərc etdikləri monoqrafiya, məqalə-tezislərin sayına görə əvvəliki illərlə müqayisədə artım olduğunu vurğuladılar.

Hər bir məruzəçi onlara ünvanlanan sualları cavablandırdılar.

 Şura üzvləri - dosent Orxan Abbasov, dosent Əfsun Sucayev, dosent Eşqanə Babayeva, b.ü.f.d. Zenfira Kadimova, Fərid Seyfullayev, Aida Dadaşova və digərləri hesabatla bağlı rəy, irad və təkliflərini bildirdilər.

Yekunda hər bir bölmənin hesabatı irad və təkliflər nəzərə alınmaqla qəbul olundu.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.