Fotos
Gənc arxeoloq alim Türkiyənin İstanbul Universitetində elmi-praktiki təcrübə keçib
Dek 07 , 2017 | 08:58 / Mühüm hadisələr
Oxunma ( 2168 )

01-30 noyabr 2017-ci il tarixlərində Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini Valeh Ələddin oğlu Ələkbərov Türkiyə Respublikasının İstanbul Universiteti Ədəbiyyat fakültəsi, Taşınabilir Kültür Varlıklarını Koruma və Onarım Bölümü, Genel Koruma Anabilim Dalında qısa müddətli elmi-praktiki təcrübə keçmişdi. Bu təcrübəkeçmə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 8-ci “Mobillik qrantı” müsabiqəsi (EİF-Mob-8-2017- 4(30)) çərçivəsində, fondun maliyyə dəstəyi ilə, “Arxeoloji qazıntılardan aşkar edilmiş materialların konservasiyası və bərpası” mövzusunda baş tutub. 

Gənc alim bu müddət ərzində qeyd olunan müəssisənin təcrübəli alim və mütəxəssislərindən aldığı dərslər və praktik təlimlər əsasında, arxeoloji materialların qəlibləmə üsulları, qazıntılardan aşkar edilmiş maddi mədəniyyət nümunələrinin, o cümlədən keramika məmulatların, tunc artefaktların, daş alətlərin konservasiya və restovrasiyasının nəzəri və təcrübi baxımdan öyrənilməsi sahəsində mühüm elmi bilik və bacarıqlar əldə etmişdir.

V.Ələkbərovun qrant layihəsi çərçivəsində, bu sahədə əldə etdiyi beynəlxalq təcrübə və elmi bilikləri, gələcəkdə bəhs olunan mövzuda istər milli kadrların hazırlanması, istərsə də, ölkəmizdə ilk dəfə mədəni irsin konservasiya və restovrasiya işinin təşkilində yeni bir mərhələnin başlanğıcını qoyacaqdır.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.