Fotos
Gənc alim və mütəxəssislər ümumilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Dek 12 , 2017 | 05:03 /
Oxunma ( 2507 )

Bu gün AMEA Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Akademiyanın rəhbərləri, institut və təşkilatların məsul şəxsləri, o cümlədən əməkdaşları ilə birlikdə Azərbaycanın dahi rəhbəri, ümumdünya miqyaslı fenomen şəxsiyyət, ulu öndər Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı Fəxri Xiyabana baş çəkmiş, ölməz liderin məzarını ziyarət etmişlər.

Gənc alimlər ulu öndər Heydər Əliyevin xatirəsini əziz tutaraq, məzarının üstünə gül dəstələri qoymuşlar.

 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.