AMEA İdarəetmə Sistemləri İnstitutunun gənc alimi Tokio Universitetində çıxış edəcək
Dek 12 , 2017 | 09:50 / Mühüm hadisələr
Oxunma ( 2870 )

AMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəhimov Anar Tokyo Universitetinin professoru Masahiro Yamamotonun dəvətilə 11 dekabr 2017-ci il tarixindən Yaponiyanın Tokio şəhərində ezamiyyətdədir. Ezamiyyətin məqsədi Tokio Universitetinin nəzdindəki Riyazi Elmlər Ali Məktəbi ilə tanış olmaq, əlaqələri genişləndirmək və oranın elmi seminarında elmi məruzə etməkdir. A. Rəhimovun 13 dekabr 2017-ci il tarixində “Qeyri-lokal şərtlərlə verilmiş tərs mənbə məsələlərinin ədədi həllinə bir yanaşma” mövzusunda məruzə ilə çıxış edəcək. Bu barədə məlumat Tokyo Universitetinin rəsmi saytında yerləşdirilb: www.ms.u-tokyo.ac.jp/seminar/2017/sem17-241_e.html

Ezamiyyət 18 dekabr 2017-ci ildə başa çatacaq.

 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.