"Elm və İnnovasiya" elmi-publisistik proqramının növbəti buraxılışı yayımlanıb
Dek 14 , 2017 | 08:54 /
Oxunma ( 2044 )

13 dekabr 2017-ci il tarixində saat 22:00-da AzTV kanalında "Elm və İnnovasiya" elmi-publisistik proqramının növbəti buraxılışı yayımlanıb. Veriliş Azərbaycanda aşqarlar kimyası sahəsində aparılmış tədqiqatlara, bu istiqamətdə əldə olunmuş nailiyyət və qarşıda duran vəzifələrin müzakirəsinə həsr edilib. AMEA-nın akademik katibi, akademik Rasim Əliquliyevin aaparıcılığı ilə yayımlanan proqramın bu dəfəki  qonağı AMEA-nın Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev olub.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.