Dek 15 , 2017 | 10:00 / Mühüm hadisələr
Dekabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyasında AMEA, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan gənc alimlərinin I qurultayı keçirilib. Tədbir iştirakçıları öncə Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.