Gənc alimlərin elmi nailiyyətlər sərgisi təşkil olunub
Dek 15 , 2017 | 12:00 / Mühüm hadisələr
Oxunma ( 2218 )

Dekabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyasında “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı çərçivəsində AMEA, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan gənc alimlərinin I qurultayı keçirilib.
Qurultayın açılış mərasimindən öncə tədbir iştirakçıları gənc alimlərin fəaliyyətini əks etdirən elmi nailiyyətlər sərgisi ilə tanış olublar.
AMEA-nın institut və təşkilatları, regional elmi bölmə və mərkəzləri, eləcə də ali təhsil müəssisələri üçün ayrılmış guşələrdə Azərbaycan, rus və ingilis dillərində müxtəlif nəşrlər, sənaye məhsulları nümayiş etdirilib. Pavilyonlarda quraşdırılmış monitorlarda gənc alim və mütəxəssislərin fəaliyyətinə dair videoçarxlar təqdim olunub.
Sərgini ziyarət edən tədbir iştirakçılarına gənc alimlərin tədqiqatları, həyata keçirdiyi innovativ layihələr, əldə etdikləri elmi nəticələr haqqında ətraflı məlumat verilib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.