Fotos
AMEA Coğrafiya İnstitutunun gənc aliminin layihə təqdimatı olub
Dek 19 , 2017 | 01:28 / Mühüm hadisələr
Oxunma ( 2695 )

18.12.2017-ci il tarixdə AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvü, CİS üzrə mütəxəssis Samir Vəlizadənin Beynəlxalq Mətbuat Mərkəzində “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin ümumtəhsil müəssisələri kateqoriyası üzrə qalibi olmuş "Ümümtəhsil məktəblərində coğrafiya fənninin tədrisində coğrafi informasiya sistemlərinin (CİS) tətbiqi” layihəsinin təqdimat mərasimi keçirildi. Tədbiri Açıq dərs verilişinin aparıcısı Orxan Cabbarlı açıq elan etdi. Tədbir iştirakçılarını salamladı. Bir neçə il öncə Bakı Dövlət Universitetində tələbəsi olan Samir Vəlizadənin bu gün uğurlu bir layihənin idea müəllifi olmasını çox yüksək qiymətləndirdiyini qeyd etdi. Bakı şəhəri 78 saylı tam orta məktəbin direktoru Murad Zeynalov layihə haqqında geniş məlumat verdi. Belə layihələrin keçirilməsinin şagirdlərin elmə olan marağının artmasında, onların dünya görüşünün genişlənməsində mühüm rol oynadığını izah etdi. CİS üzrə mütəxəssis Samir Vəlizadə Coğrafiya İnformasiya Sistemləri haqqında geniş izahat verdi. Bakı şəhəri üzrə Təhsil idarəsinin inkişaf layihələr üzrə sektor müdürü Anar Qədiməliyev belə tədbirlərin keçirilməsini müsbət qiymətləndirdiyini söylədi və tədbir təşkilatçılarına öz təşəkkürünü bildirdi. Coğrafiya İnstitutunun coğrafiya üzrə elmləri doktoru Zakir Eminov, c.ü.f.d Abil Haqverdiyev, təlimçi müəllim Arzu Əhmədova və başqaları şagirdlərə uğurlar arzuladı, qalib şagirdlərə mükafatlar təqdim etdilər

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.