AMEA Geologiya və Geofizika İnstitutu 2017/2018-ci tədris ili üçün doktorantura və dissertanturaya qəbul elan edir
Dek 29 , 2017 | 06:00 / ELMİ - KÜTLƏVİ TƏDBİRLƏR
Oxunma ( 3754 )

AMEA Geologiya və Geofizika İnstitutu fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya aşağıdakı ixtisaslar üzrə (2017-ci ilin dekabr ayının 27-dən 2018-ci il yanvar ayının 26-dək – hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək) qəbul elan edir.

         Ünvan: AMEA Geologiya və Geofizika İnstitutunun Təhsil şöbəsi, H.Cavid pr. 119, telefon: 510-01-41 (143)

 

Doktorantura (fəlsəfə doktoru hazırlığı üzrə)

2507.01 – “Geofizika, faydalı qazıntıların  geofiziki axtarış üsulları” – 1 yer (əyani – büdcə hesabına)

2512.01 – “Ümumi və regional geologiya” – 1 yer (əyani – büdcə hesabına)

2519.01 – Mühəndis geologiyası və süxurşünaslıq” – 1 yer (əyani – büdcə hesabına)

2521.01 – “Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı” – 1 yer (əyani – büdcə hesabına)

 

Dissertantura (fəlsəfə doktoru hazırlığı üzrə)

2507.01 – “Geofizika, faydalı qazıntıların  geofiziki axtarış üsulları” – 2 yer (büdcə hesabına)

2518.01 Hidrogeologiya” – 1 yer (büdcə hesabına)

Dissertantura (elmlər doktoru hazırlığı üzrə)

2507.01 – “Geofizika, faydalı qazıntıların  geofiziki axtarış üsulları” – 3 yer (büdcə hesabına)

2521.01 – “Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı” – 1 yer (büdcə hesabına)

 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.