Açıq səma altında Arxeologiya Muzeyi yaradılacaq
Yan 04 , 2018 | 11:09 / Mühüm hadisələr
Oxunma ( 2560 )

Gəncədə Heydər Əliyev Park Kompleksindəki ərazidə aşkarlanan və son tunc dövrünə aid, yaşı təxminən 3300 il olan kurqanların üzərində açıq səma altında Arxeologiya Muzeyi yaradılacaq.

AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev bildirib ki, Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları 2015-ci ildən başlayaraq kompleksin ərazisində tədqiqatlar aparıblar. İlkin tədqiqatlar nəticəsində şəhər ərazisində 62 kurqan qeydə alınıb və onlardan dördü ötən il elmi tədqiqata cəlb edilib.

Alimin sözlərinə görə, kurqanlardan insan skeleti və çoxlu maddi-mədəniyyət nümunələri aşkarlanıb.

Akademik hazırda kompleksdə qazıntı işlərinin davam etdiyini və tədqiqatların sonunda muzeyin yaradılmasına başlanacağını bildirib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.