SOCAR Elm Fondunun 2017-ci ilin qrant müsabiqəsinin nəticələri elan edildi
Yan 10 , 2018 | 02:00 / Elmi müsabiqələr
Oxunma ( 4075 )

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (ARDNŞ) Elm Fondu AMEA-da işləyən, neft-qaz, neft-kimya sənayesi ilə bağlı aktual elmi və texnoloji  problemlərin tədqiqi ilə məşğul olan alimlərin və yaradıcı kollektivlərin fəaliyyətini dəstəkləmək, onlara əlavə yaradıcılıq imkanları yaratmaq, elmi və innovativ araşdırmaları stimullaşdırmaq məqsədilə 2017-ci üçün növbəti qrant müsabiqəsi elan etmişdir.

Müsabiqəyə 98 layihə təqdim olunmuşdur. Təqdim olunan layihələrin ekspertizası məqsədilə Müsabiqə Komissiyası yaradılmış, komissiya tərəfindən Elm Fondunun Əsasnaməsinə uyğun olaraq təqdim olunmuş layihələrin ekspertizası təşkil edilmişdir.

Müsabiqə Komissiyasının və ekspertlərin yekun rəylərini nəzərə alaraq ARDNŞ-ın Elm Fondunun İdarə Heyətinin 9 yanvar 2018-ci il tarixli qərarı ilə 29 elmi tədqiqat (ET), 3 xüsusi (XL) və 3 həvəsləndirici mükafat (HM) olmaqla 35 qrant layihəsi müsabiqənin qalibi elan olunmuşdur.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.