Fotos
AMEA-nın ən gənc elmlər doktoru mükafatlandırıldı
Yan 15 , 2018 | 06:00 / Elmi müsabiqələr
Oxunma ( 4171 )

 

Azərbaycan Milli Elmlər Akademiyasının Neft Kimya Prosesləri İnstitutunun baş texnoloqu, kimya üzrə elmlər doktoru İsmayıl İsmayılov akademiyada 35 yaşadək elmlər doktoru dissertasiyasını müdafiə etmiş gənc alimlər üçün nəzərdə tutulan sertifikata və beş min manat pul mükafatına layiq görülüb.

 

Bu gün keçirilən Rəyasət Heyətinin iclasında AMEA-nın prezidenti, akademik Akif Əlizadə mükafatı gənc alimə təqdim edib.

 

 

 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.