AMEA Gənc Alim və Mütəxəssislər Şurası "20 yanvar faciəsi"nin növbəti ildönümünü qeyd edəcək
Yan 15 , 2018 | 11:19 / Mühüm hadisələr
Oxunma ( 3073 )

18 yanvar 2018 ci il saat 10.30 da AMEA Əsas binasında kiçik akt zalında AMEA Gənc Alim və Mütəxəssislər şurasının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 28-ci il dönümünə həsr olunan "20 Yanvar hadisəsinin milli ruhumuzun inkişafındakı rolu" adlı anım tədbiri keçiriləcəkdir. Tədbirdə gənc alimlərin mövzu ilə əlaqədar məruzələr dinləniləcək və fikir mübadiləsi aparılacaq.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.