Fotos
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutununda Qurban Əzizovun 80 illik yubileyinə həsr olunmuş anım mərasimi keçirilib
Yan 18 , 2018 | 02:13 /
Oxunma ( 2890 )

        Yanvarın 17-si  AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alimlər və Mütəxəssislər Şurasının və Həmkarlar İttifaqı  Komitəsinin təşkilatçılığı ilə tanınmış  alim Qurban Əzizovun 80 illik yubileyinə həsr olunan anım mərasimi keçirilib. Tədbiri giriş sözü ilə akademik Məhərrəm Babayev açıb və Qurban Əzizovun Azərbaycan elmində çox dəyərli alim, gözəl insan olduğunu vurğulayıb. Daha sonra İnstitutun Torpaqların Meliorasiyası laboratoriyasının müdiri, a.e.ü.e.d Mustafa Mustafayev Qurban Əzizov haqqında xatirələrini paylaşıb. M.Mustafayev  çıxışında qeyd etdi ki, onun alim kimi yetişməsində Qurban Əzizovun böyük rolu olub. “İlk baxışda sərt görünən Qurban Əzizov çox qayğıkeş, xeyirxah insan idi. Respublika torpaqlarının meliorasiyasına dair problemləri hər zaman onun iştirakı ilə müzakirə edirdik” deyə Mustafa Mustafayev əlavə edib. Professor Nizami Ağayev çıxış edərək Qurban Əzizovun  əvəzedilməz alim olduğunu qeyd edib. AMEA-nın müxbir üzvü  Amin İsmayılov  Qurban Əzizovu 1975-ci ildən tanıdığını bildirib. “Qurban müəllim yaxşı alim olmaqla yanaşı təəssübkeş insan idi. Bu sahədə çalışan alimlərin üzərində Qurban müəllimin əməyi böyükdür. Bu gün Qurban müəllimin kollektivdə yeni görünür” deyərək alim qeyd edib. Həmçinin tədbirdə çıxış edən professor Hamlet Aslanov Torpaqşünaslıq və Aqrokimya İnstitutunun rəhbərliyinə və Qurban Əzizovun uzun müddət rəhbərlik etdiyi laboratoriyanın  kollektivinə öz təşəkkürünü bildirib. O, qeyd edib ki, “Biz Qurban müəllimi heç vaxt unutmayacağıq. Çünki o, həm elmdə, həm insanlıqda iz qoyub ”. Daha  sonra dəyərli alim haqqında a.e.ü.f.d Vilayət Həsənov, professor Eyvaz Eyvazov,  a.e.ü.f.d Zakir Əliyev, a.e.ü.f.d Əli Cəfərov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimləri t.e.ü.f.d Yaşar Qəhrəmanlı, t.e.f.d Fərzəli Həsənov, alimin ailə üzvləri, tələbələri öz xatirələrini bölüşüblər.

https://www.youtube.com/watch?v=dcIGpTi7iCE&feature=youtu.be

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.