Məktəblilərin qış tətili 5 gün olacaq
Yan 23 , 2018 | 11:44 /
Oxunma ( 2475 )

Bu həftənin şənbə günündən orta məktəblərdə şagirdlərin qış tətili başlayır. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov özəl olaraq Trend-ə bildirib ki, məktəblilərin qış tətili 27-31 yanvar tarixlərində, yəni 5 gün olacaq. Fevralın 1-də artıq şagirdlər dərsdə iştirak etməlidirlər.

Qeyd edək ki, şagirdlərin növbəti istirahəti 8 mart – Beynəlxalq Qadınlar Günü və Novruz bayramı günlərində olacaq. 20, 21, 22, 23, 24 mart tarixləri Novruz bayramı hesab olunduğundan, 24 mart isə şənbə, yəni həftələrarası istirahət günü iş günü hesab olunmayan bayram gününə düşdüyündən, 26 mart qeyri-iş günü olacaq. Buna görə də bu il Novruz bayramında bir həftə qeyri-iş günü olacaq və bununla əlaqədar şagirdlər ardıcıl olaraq, həftənin 7 günü istirahət edə biləcəklər.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.