Fotos
“Sağlıqlı Yaşama Dəstək” gənc fizioloqlar üçün təqdimat keçirib
Yan 26 , 2018 | 02:00 / Mühüm hadisələr
Oxunma ( 2701 )

Bu gün AMEA-nın Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Sağlıqlı Yaşama Dəstək” layihəsinin rəhbərləri ilə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan Gənc Alim və Mütəxəssislər Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Zenfira Qədimova birgə əməkdaşlığa görə, layihə rəhbərlərinə təşəkkür edərək, yaxın gələcəkdə gənc fizioloqlarla birgə digər elmi və ali təhsil müəssisələrində də bu layihə üzrə maarifləndirmə işinin gerçəkləşdirilməsinin məqsədəuyğunluğunu söyləyib.

Daha sonra həkim-dietoloq Almaz xanım Paşayevanın “Sağlıqlı Yaşama Dəstək – Sağlam həyat tərzi”məruzəsi maraqla dinlənilib. Əsrin bəlasına çevrilmiş artıq çəki problemi, piylənmə, passiv həyat tərzi, zərərli vərdişlərdən istifadənin orqanizmə vurduğu fəsadlar geniş müzakirə olunub.

Məruzənin sonunda iclas iştirakçılarına layihə rəhbərləri Şahlar Paşayev və Almaz Paşayevanın birgə hazırladıqları Mobil Sağlıq Sistemi vasitəsilə qanın 44 parametri üzrə müayinələr aparılaraq həkim-dietoloq məsləhəti verilmişdir. 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.