Yan 18 , 2018 | 02:00 / Mühüm hadisələr
2018-ci il Yanvarın 18-də Azərbaycan Texniki Universitetində (AzTU) Tərlan Orucovanın müəllifi olduğu “Elmin sürət qatarı”layihəsinin təqdimatı keçirilib.
Bu münasibətlə keçirilən tədbirdə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov, Şura üzvləri - hüquql elmləri doktoru Ayxan Rüstəmzadə, kimya elmləri doktoru İsmayıl İsmayılov, biologiya üzrə fəlsəfə doktoru Ruhiyyə Quliyeva, Azərbaycan Dövlət İdarəçilik Akademiyasının doktorantı Məzahir Əfəndiyev və digər gənc alimlər iştirak ediblər.
Daha sonra AMEA-nın müxtəlif institutlarından, BMT-nin Bakı ofisindən, həmçinin elmtutumlu digər təşkilatlardan olan qonaqlar və tələbələr çıxış ediblər. Çıxış edənlər elmin inkişafı üçün yaradılan şərait, prioritet sahələr və dünya elminə inteqrasiyanı sürətləndirən istiqamətlər haqqında məlumat veriblər. İT və biotibbi texnologiyanın yeniliklərindən yararlanaraq əldə etdikləri ixtiralar haqqında məlumat verən AzTU tələbələri bu ixtiralarını startap layihələr kimi sənayeyə, istehsalata tətbiq etmək niyyətində olduqlarını qeyd ediblər.
T