"Mənim ilk qrantım" müsabiqəsinin qalibləri ilə görüş keçiriləcək
Yan 31 , 2018 | 03:26 / Görüşlər
Oxunma ( 3002 )

1 fevral 2018-ci il tarixində saat 11:00-da "Hilton" otelində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilən Gənc alim və mütəxəssislərin 4-cü birgə qrant müsabiqəsində ("Mənim ilk qrantım") qalib olan layihələrin rəhbərləri ilə görüş keçiriləcək.

Ünvan: Bakı şəh., Azadlıq pr. 1 ("Hilton" otelinin "Yaqut" zalı).

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.