Fotos
AMEA Aşqarlar Kimyası İnstitutunda 2 fevral - Gənclər Günü qeyd edildi
Fev 01 , 2018 | 11:50 / Mühüm hadisələr
Oxunma ( 2087 )

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunda 2 fevral - Gənclər Gününə həsr edilmiş tədbir keçirildi. Giriş nitqi ilə çıxış edən İnstitutun direktoru, akademik Vaqif Fərzəliyev bildirdi ki, tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır. Çünki ölkənin gələcəyi, müqəddəratı indiki gənclərdən asılıdır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. O qeyd etdi ki, ulu öndərimiz Heydər Əliyevin ən böyük xidmətlərindən biri də gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab etməsi idi: “Ümummilli lider həmişə gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi”.  

V.Fərzəliyev bildirdi ki, ulu öndər gənclərlə aparılan işin nəzərəçarpacaq dərəcədə canlandığını nəzərə alaraq, 1997-ci ildə imzaladığı sərəncamla Gənclərin Bakıda keçirilən Formun tarixini - fevralın 2-ni Azərbaycan Gənclər Günü elan etmişdir. Hazırda gənclər siyasətinin yeni mərhələyə qədəm qoyduğunu vurğulayan akademik dedi ki, tarixin bütün dönəmlərində elmi gənclik üzərinə böyük məsuliyyət düşüb. O yaradılan imkanlardan İnstitut gənclərinin daha çox faydalanmasını, bütün enerjilərini elmi səviyyələrinin, bilik-bacarıqlarının artırılmasına yönəltməyinin vacibliyini vurğuladı.

İnstitut Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Əfsun Sucayev gənclər adından çıxış edərək bildirdi ki, istər respublika, istər Akademiya, istərsə əd İnstitut rəhbərliyi səviyyəsində həmişə gənc alim və mütəxəssislərə diqqət və qayğı göstərilir. O, İnstitutda Akademiyanın bütün elmi müəssisləri içərisində ilk dəfə adlı mükafat məhz gənclər üçün təsis olunmuş və indiyə qədər hər il bir nəfər olmaqla, elmi fəaliyyəti ilə seçilən 5 gəncə bu mükafat verilmişdir: “Eyni zamanda gənclər üçün mütəmadi olaraq həvəsləndirmə müsabiqələri keçirilir və qaliblər diplom və pul mükafatı ilə mükafatlandırılır”.

Tədbirdə laboratoriya müdiri, professor Həqiqət Cavadova, İnstitut Ağsaqqallar Şurasının sədri, dosent Nüsrət Əliyev, İnstitut Həmkarlar Təşkilatının sədri, dosent Elxan İsakov çıxış edərək öz gənclikləri ilə bağlı xatirələrini bölüşdülər, gənclərə mməsləhətlərini verdilər.

Sonra İnstitut direktoru, akademik Vaqif Fərzəliyev ötən il elmi və ictimai fəaliyyəti ilə seçilən gənclərə təşəkkürnamələri təqdim etdi.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.