Fotos
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
Fev 02 , 2018 | 02:00 / Mühüm hadisələr
Oxunma ( 2928 )

AMEA-nın  Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının  təşkilatçılığı ilə 2 Fevral – Gənclər Günü münasibətilə tədbir keçirilib.

İclası giriş sözü ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev açıb. O, Ümummilli Lider Heydər Əliyev tərəfindən 1 fevral 1997-ci il tarixində “2 fevral – Azərbaycan Gəncləri Günü elan edilməsi haqqında” Sərəncam, həmçinin gənclərin inkişafı ilə bağlı imzalanan fərmanlar, qəbul edilən qanunlardan danışaraq, bütün bunların Azərbaycan gəncliyinin inkişafı yolunda mühüm amilə çevrildiyini vurğulayıb.

Sonda institutun elmi-ictimai fəaliyyətində fərqlənən  bir qrup gəncə təşəkkürnamə təqdim edilib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.