Fotos
AMEA Nəsimi adına Dilçilik İnstitutunda fəal gənclər fəxri fərmanla təltif olunub
Fev 07 , 2018 | 12:23 / Mühüm hadisələr
Oxunma ( 2284 )

Fevralın 2-də AMEA Nəsimi adına Dilçilik İnstitutunda Gənclər günü münasibətilə tədbir keçirilib. Giriş nitqi ilə çıxış edən Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu bildirib ki,  ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin gənclərlə bağlı siyasətinin əsasını qoyub. Bununla yanaşı, gənclərin inkişafı ilə bağlı imzalanan fərmanlar, sərəncamlar, qəbul edilən proqramlar, qanunlar Azərbaycan gəncliyinin inkişafı yolunda mühüm amilə çevrilib.

         M.Nağısoylu eyni zamanda,   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla həyata keçirilən gənclər siyasətindən danışıb.

Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində fəal iştirak edir, intellektual imkanları, yaradıcılığı, elmi potensialı  ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verir.

M. Nağısoylu Nəsimi adına Dilçilik İnstitutunda gəncliyin böyük bir qüvvə olduğunu, 2017-ci ildə gənclərin sırasında bir nəfərin 37 yaşında doktorluq, 4 nəfərin isə fəlsəfə doktorluğu üzrə dissertasiya işi müdafiə etdiyini vurğulayıb.

İnstitut Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aytən Allahverdiyeva  çıxışında bildirib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eyni zamanda, sədr institutun gənc alimlərinin həm elmi fəaliyyət, həm də ictimai işlərdə əldə edilən uğurlarından söz açdı və bu uğurların İnstitut rəhbərliyinin Gənc Alim və Mütəxəssislərə göstərdiyi diqqətin, qayğının bariz nümunəsi olduğunu qeyd etdi.

Sonda institutun ictimai və elmi həyatında səmərəli fəaliyyətinə görə bir qrup fəal gənc fəxri fərmanla təltif olunub. 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.