“Sabahın alimləri” VII Respublika müsabiqəsinin qalibləri elan olunacaq
Fev 09 , 2018 | 12:32 / Elmi müsabiqələr
Oxunma ( 3503 )

“Sabahın alimləri” VII Respublika müsabiqəsində iştirak edən məktəblərin nəzərinə!

 “Sabahın alimləri” Respublika Müsabiqəsi 2018-ci il 14-16 fevral tarixlərində Azərbaycan Texniki Universitetinin İdman Kompleksində (ünvan:Ayna Sultanova 13 “Elmlər Akademiyası” metro stansiyasının yaxınlığında)  keçiriləcəkdir. Şagirdlərin qeydiyyatı  fevralın 14-də səhər saat  9:00-da başlanacaqdır.

Müəllimlər, şagirdlərin elmi rəhbərləri və direktorlar ücün İntel Təlim Akademiyası 15 fevral saat 10.00-da Azərbaycan Texniki Universitetinin İdman Kompleksində keçiriləcəkdir.

QEYD: Şagirdlərin layihələrini əks etdirən poster müsabiqənin keçiriləcəyi tarixədək hazır olmalı və 14 fevral 2018-ci il tarixində Azərbaycan Texniki Universitetinin İdman Kompleksində quraşdırılmalıdır.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.