Fotos
AMEA Botanika İnstitutunun doktorantları Almaniyada “Ekofiziologiya” modulu üzrə təlim kursunda iştirak edib
Fev 20 , 2018 | 03:00 / ELMİN TƏBLİĞİ
Oxunma ( 2231 )

AMEA Botanika İnstitutu və Goethe Frankfurt Universitetinin Ekologiya, Təkamül və Müxtəliflik Departamenti (Almaniya) arasında imzalanmış Memorandum  çərçivəsində Botanika İnstitutunda “Biomüxtəliflik və iqlim dəyişmələri” adlı beynəlxalq laboratoriya fəaliyyət göstərir. Müştərək proqram çərçivəsində İnstitutun doktorantları Nigar Mürsəl qızı və Aynurə Cəfərova 2 ay müddətində Frankfurt Universitetində “Ekologiya və Təkamül” programının “Ekofiziologiya” modulu üzrə təlim kursunda iştirak ediblər.

İnstitutun professoru Dr. Wolfgang Brüggemann tərəfindən təşkil olunmuş kursun əsas məqsədi müxtəlif  iqlim amillərinin təsiri altında bitkilərdə baş verən fizioloji proseslərin araşdırılması üzrə nəzəri və praktiki məşğələlərdən ibarət olub.

Kurs müddətində iştirakçılar istilik və quraqlıq stressi zamanı bitkilərdə zülal və karbohidrat səciyyəsində, fotosintez prosesində baş verən dəyişikliklərin tədqiqi metodlarına (RNT ekstraksiyası, gel elektroforez, PAM, PEA, FluorCamm və s.) yiyələniblər.

N.Mürsəl qızı və A.Cəfərova kurs müddətində apardıqları tədqiqatlar üzrə əldə etdikləri nəticələrə dair təqdimatla çıxış edib və sertifikata layiq görülüblər.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.