Fotos
BDU-nun bir qrup tələbəsi AMEA Coğrafiya İnstitutunun gənc alimləri ilə görüş keçiriblər
Fev 23 , 2018 | 08:21 / ELMİN TƏBLİĞİ
Oxunma ( 2683 )

22 fevral 2018-ci il tarixində AMEA akad. H.Ə. Əliyev adına Coğrafiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının Coğrafiya İnstitutunda təcrübə keçən Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin IV kurs tələbələri ilə görüşü keçirilib. Şuranın sədri c.ü.f.d. Ələkbərova Samirə giriş sözü ilə çıxış edərək, şuranın fəaliyyəti haqqında tələbələrə ətraflı məlumat verib. Bakı Dövlət Universiteti ilə AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu arasında bağlanmış müqaviləyə əsasən tələbələrin İnstitutda istehsalat təcrübəsi keçmələrinin onlarda coğrafiya elminə olan marağın artmasına səbəb olacağını qeyd edib. Ələkbərova akademik Budaq Budaqovun 90 illik yubileyi münasibətilə Coğrafiya İnstitutunun keçirdiyi tədbirlərdən, böyük alimin Azərbaycanda coğrafiyanın inkişafındakı rolundan danışıb. Qeyd edib ki, ömrünün böyük hissəsini elm öyrənməyə və öyrətməyə həsr edən B.Budaqov öz üzərində məqsədli və məsuliyyətlə işləyən, topladığı zəngin materialların nəticələrini ümumiləşdirərək son elmi fikrə çatmaq bacarığına malik tədqiqatçı idi. Daha sonra GAMŞ-ın üzvü, Cİ-nin əməkdaşı Samir Vəlizadə Coğrafiya İnformasiya Sistemləri (CİS) haqqında məruzə ilə çıxış edib. O, CİS haqqında tələbələrə ətraflı məlumat verib, müasir texnologiyaları tətbiq etməklə xəritələrin tərtib olunması, 3D model xəritələrinin hazırlanması yollarını izah edib. Tələbələrlə müzakirəli şəkildə keçən bu maraqlı çıxışın sonunda 3 tələbəyə CİS haqqında məlumatlarla zəngin kitabça hədiyyə edilib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.