Fotos
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda "Xocalı soyqırımı”nın 26-cı ildönümü ilə bağlı anım tədbiri keçirilib
Fev 23 , 2018 | 06:00 / Mühüm hadisələr
Oxunma ( 2701 )

22 fevral AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə ”26 fevral – Xocalı  soyqırımı”nın  26-cı  ildönümü  ilə bağlı anım tədbiri keçirilib. Tədbiri giriş sözü ilə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru  AMEA-nın müxbir üzvü Əlövsət Quliyev açıb. Xocalı şəhidlərinin əziz xatirələri  bir dəqiqəlik sükutla yad edildi. Direktor qeyd edib ki, Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qətliamların ən dəhşətlisidir.

AMEA  Gənc Alim v əMütəxəssislər Şurasının sədri Famin Salmanov qeyd edib ki, bizim gənclərimiz bu gün Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırılmasında mühim rol oynamalıdılar. Daha sonra Xocalı faciəsində yaxınlarını itirmiş, hadisənin şahidlərindən biri olan AMEA Genetik Ehtiyatlar İnstitutunun aparıcı elmi işçisi b.f.d. Əkbər Kərimov həmin gecənin dəhşətli xatirəsini tədbir iştirakçıları ilə bölüşüb. Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş “Danışan ruhlar” sənədli filmindən bir hissə nümayiş etdirilib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.