Fotos
AMEA Neft və Qaz İnstitutunda Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş “Ana Fəryadı ”adlı tədbir keçrilib
Fev 26 , 2018 | 10:54 / Mühüm hadisələr
Oxunma ( 2791 )

Fevralın 23-də Azərbaycan Milli Elmlər Akademiyası Neft və Qaz İnstitutun Gənc Alim və Mütəxəsislər Şurasının təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş  “Ana Fəryadı ”adlı tədbir keçrilib. Tədbirdə institutun elmi işlər üzrə direktor müavini g.m.e.d., prof. V.Ş.Qurbanov, İnstitut Gənc Alim və Mütəxəssislər Şurasının  sədri y.e.ü.f.d. Əsgərova Rəqsanə, şüra üzvləri Məhərrəmova Samirə, Balakçı Vüsalə, Hacıyeva Yeganə, institutun baş mühəndisi Mukimov Rauf , AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri f.ü.f.d., dosent Famin Salmanov  Xocalıda törədilən soyqırımın ağır nəticələri və dövlət tərəfindən bu soyqırımının dünyaya çatdırılması, təbliği barədə danışaraq ətraflı məlumat verdilər. Sonda institutun gənc alim və mütəxəsislər şürası tərəfindən hazırlanan video çarx və şeir təqdim olundu.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.