Fev 28 , 2018 | 03:13 / Mühüm hadisələr
Bu gün AMEA Gəncə Bölməsində Gənc Alim və Mütəxəssislər Şurasının təşəbbüsü ilə dünyanın nüfuzlu Clarivate Analytics (Web of Science - Thomson Reuters) elmi korporasiyası tərəfindən növbəti distant elmi seminar-təlim keçirilmişdir. Tədbirdə AMEA Gəncə Bölməsinin elmi əməkdaşları ilə yanaşı, Gəncə şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti və Elmi-tədqiqat İnstitutlarının gənc alim və mütəxəssisləri iştirak etmişlər. "Beynəlxalq elmi nəşrlərdə məqalə çapına dair əsas tələblər" mövzusunda təşkil edilmiş təlim Clarivate Analytics elmi korporasiyasının mütəxəssisləri - Marqarita Sidorova və Darya Buxtoyarova tərəfindən aparılmışdır.