Mart 01 , 2018 | 11:07 /
2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü müstəqil Azərbaycan- Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti 16 may 2017-ci il tarixində “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncam imzalayıb.
Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin Azərbaycanda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması ilə əlaqədar olaraq, Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi növbəti yazı müsabiqəsini elan edir.
Respublika səviyyəsində müsabiqəni təşkil etməkdə əsas məqsədimiz Cümhuriyyət tarixini və fəaliyyətini mükəmməl mənimsətmək, onların arasında maariflənmə işini gücləndirmək, elmi potensialı olan tədqiqatçıları bu mövzuda yeni araşdırmalara cəlb etməkdir.
Müsabiqədə iştirak etmək istəyənlər aşağıda göstərilmiş mövzulara və tələblərə uyğun olaraq, yazı vəsaitlərini hazırlamalıdırlar:
- Azərbaycan Xalq Cümhuriyyəti 1918-1920-ci illərdə;
- Azərbaycan Xalq Cümhuriyyəti dövründə sosial və mədəniyyət siyasəti;
- Azərbaycan Xalq Cümhuriyyətinin tarixi perspektivləri ;
- Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli qadın siyasəti;
- Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsil və səhiyyə;
- Azərbaycan Xalq Cümhuriyyəti dövründə iqtisadi siyasətin məqsədləri, mexanizmləri və əsas istiqamətləri;
- Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq arenada;
- Azərbaycan Xalq Cümhuriyyəti dövründən günümüzə qədər Azərbaycan Türk dünyasında ;
- Azərbaycan –Türkiyə Əlaqələri;
- Azərbaycan Xalq Cümhuriyyətinin geosiyasi mövqeyi;
- Azərbaycan Respublikası Sovet İttifaqı dövründə;
- Sovet dövründə beynəlxalq münasibətlər və.s
Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:
- Materialların ümumən mövzunu, konkret olaraq nəzərdə tutulan istiqaməti dolğun əhatə etmə səviyyəsi;
- Faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti;
- Elmi yenilik, mövzunun əhatə olunması, fərdi yanaşma;
- Oxucu üçün informasiyalılıq dərəcəsi;
- Dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;
- Cari vəziyyəti və nəticələri analiz etmək;
- Statistik məlumatları analiz etmək;
- Mənbələri qeyd etmək.
Müsabiqənin tələbləri:
Müsabiqə ilə maraqlanan HƏR KƏS iştirak edə bilər.
- Hər iştirakçı müsabiqəyə yalnız bir yazı təqdim edə bilər;
- Hazırlanan məqalələr müsabiqəyə təqdim olunana qədər heç bir KİV-də dərc olunmamalıdır;
- Məqalə 2000-8000 işarə həcmində olmalıdır;
- Mətn Times New Roman 14, sərlövhələr 16 şriftlə yazılmalıdır.
Müsabiqə üçün təqdim ediləcək yazılar arasından 10 ən yaxşı yazı seçiləcək və hər qalibə 350 AZN mükafat veriləcəkdir.
Qaliblər Münsiflər heyəti (Münsiflər heyəti – xüsusi meyarlarla seçilmiş, xarici ölkələrdə dövlət dəstəyi ilə müxtəlif mövzularda həyata keçirilən layihələrin rəhbərləri və müsabiqə istiqaməti üzrə təcrübəli elmi mütəxəssislərdən ibarətdir) tərəfindən seçiləcək.
Materiallar Azərbaycan, türk, rus və ingilis dillərində təqdim edilə bilər. Müsabiqəyə göndərilən məqbul məqalələr Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin “Elm və İnnovativ Texnologiyalar” adlı beynəlxalq elmi jurnalında dərc olunacaqdır.
Müsabiqə materiallarının təqdim edilməsi üçün son tarix: 10 Sentyabr, 2018-ci il.
Müsabiqə üçün hazırlanmış materiallar bu ünvana göndərilməlidir– [email protected]
Əlaqə telefonları: (012) 431 47 67 (4423, 2272)